YENİLƏNİB
Azərbaycan Qana ilə matçdan məğlub ayrıldı

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün növbəti yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, Yaşar Vahabzadənin çalışdırdığı millimiz Qananın U-21 komandası ilə üz-üzə gəlib.

Qarşılaşmada hesabı yığmamız açıb. Amma sonrakı dəqiqələrdə iki qol vurmağa imkan tapan qanalılar əzmkar qələbəyə seviniblər.

Qeyd edək ki, U-21 yığmamız Antalyadakı ilk oyununda Qazaxıstanın “Atırau” komandasına 2:1 hesabıyla qalib gəlmişdi.

Yoxlama oyunu
25 fevral

Azərbaycan (U-21) – Qana (U-21) – 1:2 (1:1)
Qollar: Azad Kərimov, 33 (1:0), Tellur Mütəllimov, 35-öz qapısına (1:1). Osabutey Jonah, 66 (1:2).

Həmin kateqoriyadan