- Baxış sayı: 44
- 20 Mart 2026 22:25
- Baxış sayı: 183
- Mart 19, 2026
- 0
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində bu gün ikinci oyununu keçirib. Allsport.az xəbər verir ki, yığmamız “Astana Arena”da Rusiya-2 komandası ilə qarşılaşıb.
Bu görüş də millimiz üçün uğurlu alınıb. Nəticədə, komandamız 1:0 hesabıyla qalib gəlib. Qələbə topunu 10-cu dəqiqədə Öksüz Doğukan vurub.
Xatırladaq ki, futbolçularımız iyunun 22-də keçirilmiş ilk oyunda Belarus komandasına 3:1 hesabı ilə qalib gəlmişdi.