- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində 2-ci qrupun oyunlarına yekun vurulub. Allsport.az xəbər verir ki, “Bakı”nın Təlim-Məşq Bazasının stadionunda Xorvatiya və Portuqaliya oyunu keçirilib. Bu görüşdə qrup lideri xorvatlar minimal hesablı qələbəyə seviniblər.
“Bakcell Arena”da isə Azərbaycan və Serbiya yığmaları qarşılaşıb. Millimiz son oyunda da darmadağınla məğlub olub.
Azərbaycan – Serbiya – 0:4 (0:2)
Hakim: Dominik Ouşan (Avstriya).
Xorvatiya – Portuqaliya – 1:0 (0:0)
Hakim: Endryu Dallas (Şotlandiya).
Qrupdakı son durum: Xorvatiya – 9, Serbiya – 6, Portuqaliya – 4, Azərbaycan – 0.