- Baxış sayı: 25
- 21 Noyabr 2024 21:36
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Futzal üzrə Azərbaycan yığma komandası Avropa çempionatının pley-off mərhələsinin ilk oyunu çərçivəsində bu gün Slovakiya ilə ilk matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, ilk matç Bakı İdman Sarayında keçirilib.
Cavab qarşılaşması Slovakiyada keçiriləcəyindən, yığmamız final mərhələsinə vəsiqəni təmin etmək üçün mümkün qədər inamlı qələbə qazanmalıydı. Millimiz çətinliklə də olsa, bu qarşılaşmada 3:1 hesablı qələbə qazanmağa nail olub.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü gələn həftə Slovakiyada keçiriləcək.
AÇ-2016-nın seçmə mərhələsi
Pley-off (ilk oyun)
15 sentyabr
Azərbaycan – Slovakiya – 3:1 (1:1)
Qollar: Amadeu, 7 (1:0). Brunovski, 12 (1:1). V.Borisov, 33 (2:1). P.Kozar, 34-öz qapısına (3:1).
Bakı İdman Sarayı.
Azərbaycan: 12. Rövşən Hüseynli, 8. Rizvan Fərzəliyev (k), 9. Auqusto, 10. Amadeu, 14. Vitali Borisov – 1. Emin Kürdov, 6. Eduardo, 15. Rafael, 2. Samir Həmzəyev, 4. Ramiz Çovdarov, 11. Namiq Məmmədkərimov, 13. Sezar, 16. Xətai Bağırov, 17. İsa Atayev.
Baş məşqçi: Tino Peres.
Slovakiya: 1. Peter Brnidar, 5. Qabriel Rik, 6. Tomaş Draxovski, 9. Peter Kozar, 13. Anton Brunovski – 12. Erik Klema, 3. Duşan Rafay, 4. Martin Zdrahal, 10. Yuray Vişvader, 11. Matuş Kujovski, 15. Martin Doşa, 8. Attila Fehervari, 14. Marek Bahna.
Baş məşqçi: Marian Berki.