- Baxış sayı: 30
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Tiflis Olimpiya İdman Kompleksində üzgüçülük üzrə Gürcüstan açıq qış çempionatı başa çatıb. Allsport.az xəbər verir ki, üç gün davam edən birinciliyə ümumilikdə 3 ölkədən 200 idmançı qatılmışdı. Gürcüstan və Belarusun iştirak etdiyi bu qarşılaşmaya Azərbaycan 7-si oğlan və 3-ü qız olmaqla 10 üzgüçü ilə qatılmışdı.
Nazir İsmayılov 100 və 200 metr məsafədə arxası üstə 1-ci yerə, 50 metr məsafədə arxası üstə yarışlarda isə 2-ci yerə layıq görülüb. Ayxan Murad 50 metr brass üzmə üsülü üzrə 3-cü yerin, Mahmudzadə Nurlan isə 100 məsafədə arxası üstə 2-ci yerin, 50 və 200 metr məsafədə arxası üstə 3-ci yerin sahibi olub. Oğlan üzgüçülərimizdən Nikolay Pradov 200 metr məsafədə sərbəst üsulda üzmədə 1-ci yerə, 200 metr məsafədə sərbəst üsulda üzmədə isə 2-ci yerə layiq görülüb.
Oğlanlar arasında 4 dəfə 50 və 100 mert məsafəyə sərbəst üsulda estafet üzmədə Azərbaycan komandası 3-cü yerə layiq görülüb.
Üzgüçülərimizdən 2002-ci təvəllüdlü Ruslan Dünyamalıyev 200 metrdə baterfley üsulu ilə üzmədə 3-cü yerə sahib olub.
Xanım üzgüçülərimiz də Gürcüstan açıq qış çempionatında yüksək nəticələr göstəriblər. İdmançılarımızdan Alkərimova Fatimə 100-400 metr məsafədə sərbəst üsul üzrə birinciliyin qalibi olub, 200 metr məsafədə qarışıq üsulla üzmədə 2-ci yerə, 50 metr baterfley üsulu ilə üzrə üzmədə isə 3-cü yerə layiq görülüb. Üzgüçülərimizdən Anna Andryuşenko 200 metrdə baterfley üsulu ilə üzmədə 1-ci yerin, 400 məsafədə isə qarışıq üzmə üsulunda 2-ci yerin, 400 metr məsafədə sərbəst üsul üzrə 3-cü yerin sahibi olub.
İlahə Rəsulova da Tiflis turnirində yaxşı nəticələr göstərib. Belə ki, o 200 metrdə baterfley üsulu ilə üzmədə 2-ci yerə, 100 metrdə baterfley üsulu ilə üzmədə 3-cü yerə layiq görülüb.
Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, bu səpkidə yarışlarda iştirak Bakı 2015 ilk Avropa Oyunlarına güclü idmançıların hazırlanması və onların yarış təcrübələrinin artırılmasıdır. 2015-ci ildə məşqlərə və hazırlıqlara start verən idmançılarımız ilk Avropa Oyunlarına qədər daha böyük və mötəbər yarışlarda güclərini sınayacaqlar.