Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə çıxış edəcək

Vitebsk vilayətinin Polotsk rayonunda uşaqlar arasında keçiriləcək üzgüçülük üzrə 41-ci beynəlxalq turnir Azərbaycan, Belarus, Almaniya, Gürcüstan, Latviya, Litva, Rusiya, Türkiyə və İsveçdən olan gənc üzgüçüləri bir araya gətirəcək. Allsport.az xəbər verir ki, turnir Sovet İttifaqı Qəhrəmanı Stepan Paşkeviçin xatirəsinə həsr olunur.

Təşkilatçılar Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ərəfəsində – aprelin 21-dən 25-dək keçirilən bu turnirin miqyasına, geniş coğrafiyasına görə əvvəlkilərdən fərqləndiyini bildiriblər. Turnirdə doqquz ölkədən 650-dən çox üzgüçünün iştirakı təsdiqlənib.

Turnir uşaq və gənclər arasında idmanın yayılması, idman əlaqələrinin beynəlxalq səviyyədə genişlənməsi məqsədilə təşkil olunur. Yarışlar Novopolotsk şəhərində fəaliyyət göstərən “Naftan” ASC-nin “Sadko” hovuzunda keçiriləcək. Aprelin 22-də turnirin rəsmi açılış mərasimi olacaq.

Həmin kateqoriyadan