Azərbaycan və Türkiyə çaparları “Bahar kuboku”nda fərqləndilər

Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə CSI2* kateqoriyalı “Bahar kuboku” beynəlxalq turniri davam edir. Allsport.az xəbər verir ki, turnirdə Azərbaycan ilə yanaşı, Gürcüstan, Türkiyə, Ukrayna və İrandan 25-ə yaxın idmançı 50 atla iştirak edir.

Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və İrandan dəvət olunan hakimlər kollegiyasının nəzarət etdiyi turnirin ikinci günündə – aprelin 10-da maneələrinin hündürlüyü 125 santimetr olan yarışda türkiyəli idmançı Ömər Şimşək “D’Amour” ləqəbli atla birinci olub. Maneələrin hündürlüyü 145 santimetr olan yarışda isə milli komandamızın üzvü Rahib İsmayılov “Acos Fist Boy” ləqəbli at ilə qalib gəlib.

Ümumi mükafat fondu 53 min avro olan turnirə aprelin 11-də yekun vurulacaq.

Həmin kateqoriyadan