“Azərbaycan xalqı idmanı sevdiyini müstəqillik dövründə şanlı qələbələri ilə sübut etdi”

“Bakı Bulvar” mehmanxanasında AFFA-nın hesabat konfransı keçirilir. Allsport.az saytı xəbər verir ki, toplantıda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış etdi:

“Ümummilli lider Heydər Əliyev SSRİ nazirlər soveti sədrinin birinci müavini olarkən Azərbaycan idmançılarının ölkə üzrə yığma komandalarda çox az sayda təmsil olunurdu. Bunun səbəbini soruşanda, ona Azərbaycanlılarının idmana meyilli xalq olmamasını əsas gətirmişdilər.

Respublikamız müstəqillik əldə etdikdən sonra, Azərbaycan idmançıları nüfuzlu beynəlxalq arenalarda yüksək nəticələr qazanaraq, bunun belə olmadığını sübut etdilər. Paris-2024-də olimpiya millimiz ilk dəfə top komandada təmsil olundu. 3×3 qadın basketbolçularımız həmin oyunlarda inamlı mübarizə apardı.

Ümid edirəm ki, Los Anceles-2028 olimpiadasında bu istiqamətdə daha geniş tərkibdə təmsil olunacağıq”.

Həmin kateqoriyadan

azenrutr