- Baxış sayı: 72
- 26 Mart 2026 10:55
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

İlya Kostov, Böyük Britaniyanın dağ xizəyi açıq çempionatında 1-ci yer tutub. Allsport.az saytı xəbər verir ki, Fransanın Tiqnes xizək kurortunda baş tutan yarışda o, U-18 kateqoriyasında dağdan eniş növündə fərqlənib.
17 yaşlı idmançımız ümumi nəticələrə görə isə 3-cü yerdə qərarlaşıb. Yarışda Fransa, Macarıstan, İtaliya, ABŞ, Avstraliya və Kanadadan ümumilikdə 30 xizəkçi qatılıb.
İlya Kostov Azərbaycanı dağ xizəyində 2021-ci ildən təmsil edir.