- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Xorvatiyanın paytaxtı Zaqrebdə qitə çempionatında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub. Allsport.az xəbər verir ki, millimiz hərərəsindən 1 cüt olmaqla, 6 medal qazanıb. Bu nəticələrlə komandamız 150 xal toplayaraq Avropa çempionu olub. Gürcüstan (137) 2-ci, Türkiyə (115) isə 3-cü yeri tutub. Bu, sərbəst güləş üzrə yığmamızın ardıcıl 2-ci, ümumilikdə isə 4-cü Avropa çempionluğu olub.
Qənimətin əyarına görə də Odlar yurdu bütün ölkələri qabaqlayıb. Millimiz bu göstəricidə özünün son 4 ildə ən yaxşı nəticəsinə yiyələnib – Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurməhəmmədovla (92 kq) Məhəmmədxan Məhəmmədov (97 kq) gümüş, Əbubəkr Abakarov (86 kq) və Corci Meşvildişvili (125 kq) bürünc medal qazanıblar. Bu mükfatlardan 4-ü olimpiya çəkisinə aiddir.
Beləliklə də, Azərbaycan güləş federasiyasının (AGF) yeni rəhbərliyi ilk məsul sınaqdan üzüağ çıxıb. Nəzərinizə çatdıraq ki, Mikayıl Cabbarov 2021-ci ilin noyabrında AGF-in yeni rəhbəri seçilib. O, mətbuat konfransında bunu demişdir: “Güləşçilərimiz dünya və qitə miqyaslı yarışlarda uğurla çıxış edib, Azərbaycanın bayrağını yüksəklərdə dalğalandırırlar. Güləş üzrə Avropa, dünya və olimpiya çempionlarımız var. Çalışacağıq ki, idmanın bu növünün kütləviliyini daha artıraq”.