- Baxış sayı: 36
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan – Koreya Respublikası oyunundan sonra rəqib komandanın baş məşqçisi An İk-Su fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, komandasının 3:0 hesablı qələbəsini belə şərh edib:
“Komandamız bu oyuna tam bərpa oluna bilməmişdi. Çünki ilk qrup mərhələsində ardıcıl 2 oyun keçirmişdik. Amma bizimlə müqayisədə Azərbaycan millisinin işi daha çətin idi. Çətinliklərə baxmayaraq, futbolçularımdan xarakter nümayiş etdirmələrini istədim. Onlar da bunun öhdəsindən gəldilər. Azərbaycan yığması yaxşı rəqibdir. Bir gün onları ölkəmizdə görmək istərdim”.