Azərbaycan yığmasının ən yaxşı futbolçusu açıqlandı

Xəbər verdiyimiz kimi, 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə son oyununu keçirib. Allsport.az xəbər verir ki, yığmamız 5-ci yer uğrunda oyunda Belarus komandası ilə qarşılaşıb.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşdığı üçün qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən yığmamız 5:4 (ümumi nəticədə 6:5) hesabı ilə qələbə qazanaraq turnirdə beşinci yeri tutub.

Təşkilatçılar bu oyunun ən yaxşı futbolçularının da adını açıqlayıblar. Rəqib komandanın heyətində Yevgeni Velko fərqləndirilib. Millimizdə isə ən yaxşı futbolçu Emin Zamanov seçilib.

Həmin kateqoriyadan