“Azərbaycana qızıl medal qazandırdığım üçün böyük sevinc hissi keçirirəm”

Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda VI İslam həmrəyliyi oyunlarında qalib olan güləşçimiz Arseni Cioyevin Heydər Əliyev beynəlxalq aeroportunda qarşılanma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, o, qələbəsini belə şərh edib:

“Çox sağ ol, Azərbaycan! Sizi sevirəm! Azərbaycana qızıl medal qazandırdığım üçün böyük sevinc hissi keçirirəm. Federasiya rəhbərliyinə, gənclər və idman nazirliyinə və məni dəstəkləyən hər kəsə dərin təşəkkürümü bildirirəm.

Üzərimdə böyük əməyi olan məşqçilərimə minnətdaram. Onların dəstəyi sayəsində bu mötəbər yarışda uğur qazana bildim. İl ərzində keçirilən təlim-məşq toplanışları nəticəsində biz yarışlara daha hazırlıqlı gedirik və əldə olunan nəticələr də bunun bariz göstəricisidir”.

Həmin kateqoriyadan