Azərbaycanda ilk: həmyerlimiz Dünya Güləş Birliyində məsul vəzifə alıb

Dünya Güləş Birliyi AGF-in keçmiş əməkdaşını işə cəlb edib. Allsport.az saytı xəbər verir ki, Ramil Əhmədov cari ildən yarışların keçirilməsi üzrə rəhbərdir. Bu tədbirlərə ustalar və gənclər arasında Avropa və dünya çempionatları daxildir.

İngilis dilini mükəmməl bilən həmyerlimiz xeyli müddət Güləş federasiyasının xarici şöbəsində çalışıb. O, Avropa oyunlarında yüksək bacarığı ilə UWW rəhbərliyinin diqqətini cəlb edib. Əlavə edək ki, AGF-in 1-ci vitse-prezidenti Namiq Əliyev bu qurumun buro üzvüdür.

Həmin kateqoriyadan