Azərbaycanda üzgüçülük növü üzrə ölkə kuboku start götürdü

Allsport.az xəbər verir ki, 4 gün davam edəcək yarışda respublikanın müxtəlif bölgələrindən 200 FİNA xalına malik 120-yə yaxın idmançı iştirak edir.

Turnirin açılış mərasimində ölkənin müxtəlif bölgələrindən və idman cəmiyyətlərindən olan üzgüçülərin paradı təşkil olunub. Ardınca isə dövlət himni səsləndirilib.

Yarışda iştirakçılar sprint və stayl məsafələrdə müxtəlif növlərdə üzməklə çoxnövçülük üzrə mübarizə aparırlar. Kubok uğrunda ilk pillənin qalibindən başqa, digər yaxşı nəticələr göstərənlər də medal və diplomlarla təltif olunacaqlar.

Həmin kateqoriyadan