- Baxış sayı: 413
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

III MDB oyunlarının media mərkəzi fəaliyyətə başlayıb.
Allsport.az xəbər verir ki, oyunları işıqlandırmaq üçün 8 ölkədən 432 yerli və xarici media nümayəndələri qeydiyyatdan keçib.
Bu gündən etibarən Gəncə idman sarayında III MDB oyunlarının media mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə 120 media nümayəndəsinin bir vaxtda işləməsi üçün lazımi şərait yaradılmışdır.
Əsas media mərkəzinin yerləşdiyi idman məkanında həmçinin, 4 idman növünü –üzgüçülük, atıcılıq, qılıncoynatma, voleybol yarışlarını canlı izləmək, qarışıq zonalarda açıqlama, müsahibələr götürmək və bunun nəticəsində operativ reportaj və məqalələr hazırlamaq imkanı yaradılmışdır.
Bundan başqa, yarışların keçiriləcəyi 12 idman arenasının hər birində media toplanış məntəqələri, mətbuat otaqları və qarışıq zonalar mövcuddur.
Media mərkəzi hər gün 09:00-dan 21:00-dək açıq olacaq.
III MDB oyunları 28 sentyabr – 8 oktyabrda Azərbaycanın yeddi şəhərində keçirilir: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.