- Baxış sayı: 51
- 08 Mart 2026 11:46
- Baxış sayı: 94
- Mart 11, 2026
- 0

Almaniyanın “Hamburq” klubuna transfer olunan Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva AFFA-nın saytına açıqlama verib. Allsport.az xəbər verir ki, o, özünü xoşbəxt hiss etdiyini bildirib:
“Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk azərbaycanlı qadın futbolçuyam ki, bundesliqada oynayacağam. “Hamburq” tarixi bir klubdur, burada yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacağam.
Hədəflərim böyükdür. Ölkəmi layiqincə təmsil edəcəyəm və gözəl uğurlara imza atacağam”.