Azərbaycanın da iştirak etdiyi turnirin finalçıları bəlli oldu

Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin finalçıları müəyyənləşib. Allsport.az xəbər verir ki, 19 yaşadək yığma komandalar arasında keçirilən budəfəki yarışın həlledici oyununda Rusiya və Cənubi Koreya komandaları qarşılaşacaq.

Ruslar Belarusa 6:0, Koreya isə “Zenit”ə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra finala vəsiqə qazanıblar.

Final oyunu yanvarın 11-də keçiriləcək.

Qeyd edək ki, həmin gün turnirdə iştirak edən Azərbaycanın U-19 millisi 5-6-cı yerlər uğrunda matçda Belarusla görüşəcək.

Həmin kateqoriyadan