- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“İnanıram ki, “Bakı-2015” İlk Avropa Oyunları uğurla başa çatacaq və Azərbaycan dövləti qarşısına qoyduğu məqsədə nail olacaq. Bu da Azərbaycan üçün gələcəyə ən parlaq vəsiqə olacaq və o, ilk Avropa Oyunlarını təşkil edən ilk ölkə kimi tarixə düşəcək. Mən Azərbaycan dövlətinin başçısına, təşkilat komitəsinin rəhbərinə və xalqınıza uğurlar arzulayıram”.
Allsport.az xəbər verir ki, bu sözləri “Azərtac”a müsahibəsində Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan söyləyib.
“İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar bizim üçün bir qədər gözlənilməz olsa da, xoş xəbər idi. Müvafiq qurumların belə qərar qəbul etməsi bir daha sübut etdi ki, Azərbaycan həm də idman ölkəsi kimi böyük nüfuza malikdir. Avropa Oyunlarına ev sahibliyi etmək böyük güc və əmək, məsuliyyət tələb edir. Azərbaycanın belə bir mötəbər yarışlara necə hazırlaşdığını bilirik və dövlətin, eləcə də təşkilat komitəsinin işini yüksək qiymətləndiririk”.