Azərbaycanın növbəti 2 rəqibi bilindi

FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə 27-ci ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti rəqibləri müəyyənləşib.

Allsport.az xəbər verir ki, mübarizə apardığı “F” qrupunda birinci yeri tutan futbolçularımız növbəti oyunlarını “D” və “E” qrupunun qalibləri – müvafiq olaraq, Sankt-Peterburq komandası və Cənubi Koreya yığmasına qarşı keçirəcək.

İkinci qrup mərhələsinin “H” qrupunun Sankt-Peterburq – Azərbaycan oyunu yanvarın 7-də, Azərbaycan – Koreya qarşılaşması isə ertəsi gün – yanvarın 8-də, Peterburqkski İdman-Konsert Kompleksində təşkil olunacaq.

Hər iki oyun yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30) başlayacaq.

Həmin kateqoriyadan