- Baxış sayı: 70
- 05 Fevral 2026 21:01
- Baxış sayı: 129
- Fevral 08, 2026
- 0

Litvanın paytaxtı Vilnusda gənclər arasında Avropa çempionatında azərbaycanlı üzgüçü Nüsrət Allahverdi Türkiyə millisinin heyətində çempion olub.
Allsport.az saytı xəbər verir ki, 17 yaşlı idmançı 50 metr məsafəyə brass üsulu ilə 27,60 saniyə bütün rəqiblərini qabaqlayıb.
“Qalatasaray” klubunun heyətində çıxış edən həmyerlimiz, öncə aşağı yaş kateqoriyalarında bir neçə dəfə Türkiyə rekordunu qırıb. Lakin həmin zaman milliləşdirilmədiyi üçün nəticələri nəzərə alınmayıb.