- Baxış sayı: 46
- 08 Yanvar 2026 11:11
- Baxış sayı: 12
- Yanvar 05, 2026
- 0

Qadın həndbolçulardan ibarət “Azəryol” komandasının baş məşqçisi vəzifəsinə Sergey Kambur təyin edilib.
Allsport.az xəbər verir ki, belaruslu mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
Komanda üzvlərinə təqdim olunan baş məşqçi dünən toplantı keçirib.
Müzakirələrdən sonra “Qarabağ” klubunun baş məşqçisi Gülnarə Nağıbəyova isə birinci köməkçi məşqçi vəzifəsinə gətirilib.