Azad olunmuş torpaqlarda ilk beynəlxalq idman yarışının ilk qonağı Azərbaycanda!

Ümummilli lider Heydər Əliyevin 99-cu il dönümünə avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının başlamasına 2 gün qalıb. Allsport.az saytı xəbər verir ki, artıq iştirakçı ölkələrdən Özbəkistan komandası bu gün günorta saatlarında Bakıya çatıb. ​

Qonaqlar Heydər Əliyev adına hava limanında böyük coşqu ilə qarşılanıblar. Azərbaycan avarçəkmə federasiyasının nümayəndələri onları salamlayıb və yarış haqqında məlumat veriblər. Sonra könüllülərdən ibarət qrup idmançılara xüsusi hədiyyələr təqdim edib. Özbəkistan bu sınaqda 5 idmançı ilə mübarizə aparacaq.

Yarışlar  2 gün davam edəcək. Reqata mayın 6-sı Suqovuşanda start götürəcək. İlk gündə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək. Mayın 7-si isə idmançılar Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzində akademik avarçəkmə üzrə mübarizə aparacaq. “Prezident kuboku”na ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

Həmin kateqoriyadan