Azarkeşlər Azərbaycan – İtaliya matçına xüsusi marşrut avtobusları ilə gedə biləcəklər

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya futbol matçı ərəfəsində azarkeşlərin rahat və maneəsiz şəkildə daşınması üçün Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti və “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC tərəfindən xüsusi marşrut avtobusları ayrılıb.

Allsport.az Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzinə (NİİM) istinadla xəbər verir ki, azarkeşlər stadiondan ekspress avtobuslarla rahat şəkildə qayıda biləcəklər.

Şəhərətrafı marşrut xətləri üzrə 40, şəhərdaxili marşrut xətləri üzrə 120 avtobus ayrılıb. Ehtiyac yaranarsa, əlavə ehtiyat 20 avtobus sərnişinlərə xidmət göstərəcək. Marşrut avtobuslarının hərəkət istiqamətləri haqda aşağıdakı cədvəldə məlumat verilib.

Həmin kateqoriyadan