- Baxış sayı: 11
- 11 Mart 2026 20:22
- Baxış sayı: 92
- Mart 11, 2026
- 0

AFFA intizam komitəsi “Neftçi”ni 23 000 manat cərimələyib.
Allsport.az xəbər verir ki, premyer liqanın XXIII turunda keçirilən “Turan Tovuz”la oyunda azarkeşlərinin təhqiredici pankart açmasına görə paytaxt klubu 15 000 manat cərimələnib. Həmin matçda ev sahibi komandanın tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə 5-ci dəfə təkrarlanması səbəbilə klub əlavə olaraq 8 000 manat cərimə olunub.