- Baxış sayı: 31
- 11 Mart 2026 22:35
- Baxış sayı: 106
- Mart 11, 2026
- 0

Almaniyanın “Proyssen” klubunun azarkeşləri rəqib komandanın xeyrinə penalti qərarına mane olmaq üçün VAR monitorunun kabelini oğurlayıblar.
Allsport.az xəbər verir ki, hakim epizodu təkrar izləmək üçün monitora yaxınlaşsa da, texniki nasazlıq səbəbindən görüntüyə baxa bilməyib.
Lakin video-köməkçi hakimlərin ratsiya vasitəsilə verdiyi məsləhətdən sonra penalti qərarı qüvvədə qalıb. Nəticədə rəqib komanda zərbəni dəqiq yerinə yetirib və “Proyssen” matçı 1:2 hesabı ilə uduzub. İnsidentlə bağlı kluba ağır sanksiya tətbiq olunacağı gözlənilir.
