Azmanlar da mübarizəyə qoşulur

Bu gün İslam oyunlarında ağırlıqqaldırmada vaxt cədvəli və iştirakçıların tam siyahısı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, yarışda körpücük üzərində 21 ölkədən 130 idmançını izləmək imkanımız olacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir.
Azərbaycan millisi tam heyətlə (8 qadın və 8 kişi) qatılıb. Vaxt cədvəlinə əsasən 13-17 tarixlərində yarışlara hər gün saat 12:00-da start veriləcək. Mayın 14-də iki, digər günlərdə isə üç qrupda (çəkidə) qaliblər müəyyən ediləcək.
İslam Oyunlarında ağır atletika yarışlarına çəkisi 56 kq-a qədər olan kişilər start verəcək. 1-ci sessiya mayın 13-ü, saat 12:00-da başlayacaq.
Bu çəkidə Azərbaycan yığma komandasının bir üzvü – Elmar Alıyev medal mübarizəsinə qoşulacaq. Yarışlar Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcəkdir.

Həmin kateqoriyadan