AzVİF yeni yarış mövsümünə start verdi

Velosiped idmanı federasiyası yeni yarış mövsümünə start verib. Allsport.az saytı xəbər verir ki, iştirakçılar şose velosipedi üzrə Azərbaycan kubokunun 1-ci mərhələsində mübarizə aparırlar. Yarışda müxtəlif klub və cəmiyyətlərin 3 yaş kateqoriyası üzrə 50 idmançısı iştirak edir.

Yarışın 1-ci günündə velosipedçilər 14 km məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. 17 yaşadək idmançılar arasında Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri Radha Şabanova və Tamerlan Vitovski ən yaxşı göstərici ilə bütün rəqiblərini qabaqlayıblar.

Bu məktəbin digər təmsilçiləri Diana Sidorenko və Kamran Mirzəxanov gənclər arasında 1-ci yerə layiq görülüblər. U23/elit yaş kateqoriyasında isə 7 saylı olimpiya velosiped məktəbinin üzvü Lalə Əbdürəhmanova və müdafiə sənayesi nazirliyi velosiped klubunun nümayəndəsi Musa Mikayılzadə hamıdan yaxşı nəticə göstəriblər.

Azərbaycan kubokunun 1-ci mərhələsinin 2-ci yarış günündə velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar.

Həmin kateqoriyadan