- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Bu gün Bəhreynin paytaxtı Manamada keçirilən gimnaziadada qadın güləşi üzrə qaliblər müəyyənləşib.
Allsport.az xəbər verir ki, ölkəmizi yeniyetmə və gənclərdən ibarət millinin böyük məşqçisi Rövşən Umudovun rəhbərliyi altında 4 güləşçi təmsil edib. Onlardan üçü fəxri kürsüyə qalxıb.
Nəzrin Əhmədli (43 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Esra Məmmədli (57 kq) gümüş medal qazanıb. Fatimə Bayramova (53 kq) isə bürünc medalı boynundan asıb.
Beləliklə, qadın güləşçilərimiz Bəhreyndə 1 dəst medal əldə edib.