“Bəzi idman növlərimizdə inkişaf var”

3-cü MDB oyunlarında bu gün Xankəndidə kamandan oxatma üzrə yarış keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbiri izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov da vardı. Rəqabətin gedişində o, KİV-ə ümumi mənzərəni təsvir etdi:

“Gedişatdan razıyıq. İdmançılarımız bizi çox sevindirirlər. Bəzi idman növlərimizdə inkişaf var. Onlardan biri üzgüçülükdür. Öncəki MDB oyunlarında bu növdə medallarımız olmamışdı. İndi isə nəinki var, hətta 2 qızıl mükafata yiyələnmişik. Demək, üzgüçülük federasiyası düzgün çalışır. O səviyyəyə çatdıraq ki, böyüklər arasında da nüfuzlu yarışlarda bu yeniyetmələr ölkəmizi layiqincə təmsil etsinlər.

Təşkilatçı olduğumuz üçün üzərimizə 2 məsuliyyət düşür: həm bu oyunları yüksək səviyyədə təşkil etmək, həm də bol nəticələr qazanmaq. İlk 2 MDB oyunlarında komanda hesabında 2-ci olmuşduq. Bu istiqamətdə hər bir federasiya ilə çalışmışıq. Onlar bu tədbirə səylə hazırlaşıblar. Məqsədimiz yarışı bu sırada bitirməkdir”.

Kamran HACI, Xankəndi

Həmin kateqoriyadan