- Baxış sayı: 49
- 18 Noyabr 2024 12:07
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan badminton federasiyasının baş katibi Ramil Hacıyev Botsvanada yerli badminton qurumunun təşkilatçılığı ilə keçirilən tədbirdə fəxri qonaq qismində iştirak edib.
Allsport.az xəbər verir ki, tədbir dünyada bu idman növündə öncüllərdən olan Yaponiyanın bu ölkədə fəaliyyət göstərən səfirliyinin Botsvana badminton assosiasiyasına badminton avandanlığı hədiyyə etməsi çərçivəsində baş tutub.
Tədbirdə çıxış edən Ramil Hacıyev bildirib ki, ötən il Azərbaycan badminton federasiyasının prezidenti Taleh Ziyadovla dünya badminton federasiyasının rəhbəri Poul-Erik Hoyer arasında 5 Afrika ölkəsində badmintonun inkişafına dəstək məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Razılaşmaya əsasən Azərbaycan badminton federasiyası Niger, Qambiya, Kamerun, Madaqaskar və Botsvanada idmanın bu növünün inkişafına töhfə verir. Ramil Hacıyev sosial məsulliyət çərçivəsində keçirilən bu cür xeyirxah aksiyaları gözəl təşəbbüs adlandıraraq, səbəbkarlara təşəkkür edib. Botsvananın idman və incəsənət naziri Yakob Kelebeng və Botsvana badminton federasiyasının prezidenti Modisaotsile Badubi ilə aparılan qarşılıqlı müzakirələrdə qarşıdakı illərdə də bu ölkədə badmintonun inkişafına yardım məqsədilə uşaq bamdintonçuların raketka, volan və digər idman avandanlıqları ilə təmin olunmasının zəruriliyi vurğulanıb. Buraya eyni zamanda birgə təlim-məşq toplanışlarının təşkili də daxildir. Bir aya yaxındır ki, Kamerun milli komandasının 4 badmintonçusu yerli idmançılarımızla birgə Bakıda təlim-məşq toplanışındadır. Tədbir çərçivəsində Azərbaycan badminton federasiyasının xatirə hədiyyələri qonaqlara və idmançılara təqdim edilib.
Məlumat üçün bildirək ki, daha öncə Yaponiyanın ölkəmizdə fəaliyyət göstərən səfirliyi tərəfindən bu ölkənin xarici işlər nazirliyinin “Sport for tomorrow” layihəsi çərçivəsində “Shuttle ttime” proqramının iştirakçısı olan məktəblilərə raketkalar hədiyyə edilib.