Badminton üzrə yazı müsabiqəsi

İdman jurnalistləri ictimai birliyi və badminton federasiyası jurnalistlər arasında yazı müsabiqəsinə start verir. Allsport.az saytı müsabiqənin şərtlərini diqqətinizə çatdırır:

– Müsabiqəyə azərbaycanca nəşr olunan və rusdilli yazılı media subyektlərində çalışan həmkarlarımız qatıla bilərlər;
– Jurnalistlər çalışdıqları KİV-lərdə yazılarını dərc etdirməli, daha sonra həmin materialın linkini 10 noyabr saat 23:59-dək azesportsmedia@gmail.com imeyl ünvanına göndərməlidirlər;
– Hər bir jurnalist yalnız 1 material göndərə bilər;
– Yazılar təkcə vikipedia materialları və ya ABF-nin rəsmi saytındakı məlumatlara əsaslanmamalı, badmintonçu, badminton məşqçisi və mütəxəssisi, eləcə də federasiya rəsmilərindən açıqlamalar almaqla hazırlanmalıdır. Ekspert qismində fikirləri öyrəniləcək şəxslərlə, lazım olduqda, əlaqələndirici şəxs kimi federasiyanın mətbuat katibi Kənan Hakimov yardımçı ola bilər.
– 3 ən yaxşı məqalənin müəllifilərinə 500 manat pul mükafatı təqdim ediləcək.

Təklif olunan mövzular:

1. Azərbaycanda badmintonunun tarixi
2. Badminton elitar idman növü kimi
3. Uşaqların sağlam inkişafında badmintonun rolu
4. Avropa Badminton Konfederasiyasının 2023-cü ildə Bakıda keçiriləcək Konqresinin əhəmiyyəti
5. Həvəskar badmintonun inkişaf perspektivləri, kütləvilik
6. Regionlarda badmintonun vəziyyəti və inkişaf perspektivləri
7. Badmintonda gender bərabərliyi
8. Fiziki məhdudiyyətli badmintonçuların cəmiyyətə inteqrasiyası
9. Sərbəst mövzular

Materiallar obyektivliyi təmin etmək üçün son günədək adları açıqlanmayacaq 5 münsifin rəyləri əsasında qiymətləndiriləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish