- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
7-9 noyabrında Moskvada güləş üzrə Avropa Millətlər Kuboku keçiriləcək. Allsport.az xəbər verir ki, komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç milliləri iştirak edəcəklər. Artıq qonşu ölkəyə yollanacaq bahadırların siyahısı müəyyənləşib. Ümumilikdə, yarışlarda yığmamızın idman şərəfini 30 güləşçi qoruyacaq.
İlk olaraq mübarizə qadın güləşçilər arasında baş tutacaq. Bu yarışda baş məşqçi Semyon Çteryov, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi ilə Ayan Məmmədova (48 kq), Patimat Baqomedova (53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi – 55 kq), İrina Netreba (58 kq), Nataliya Şinişin (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Sementsova (69 kq), Səbirə Əliyeva və Gözəl Zutova (75 kq) mübarizə aparacaqlar.
Sərbəst güləş yığmamız Rusiya paytaxtında baş məşqçi Saypulla Absəidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi ilə çıxış edəcək. Heyətdə Mahmud Məhəmmədov, Mircəlal Həsənzadə (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (86 kq), Aslanbəyk Alborov (97 kq) və Aslan Cəbişov (125 kq) yer alıblar.
Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akiv Əliyevin rəhbərliyi ilə mübarizə aparacaq yunan-Roma güləşi yığmasının heyətinə Rövşən Bayramov, Elman Muxtarov (59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), Rafiq Hüseynov, Şəhriyar Məmmədov (85 kq), Araz Həsənov (98 kq) və Sabah Şəriəti (130 kq) daxil ediliblər.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Qərib Əliyev iştirak edəcək.