- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Koreyanın Mungyeong şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunlarında güləşçilən mübarizəsinə yekun vurulub. Allsport. az saytı xəbər verir ki, yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edib. Son gündə 66, 75, 85 və 130 kq çəki dərəcələrində “klassiklər” çıxış ediblər.
85 kq-da mübarizə aparan Soltan İsmayılov ilk görüşdə İrandan Davud Əkbərini (9:1) məğlub etsə də, ikinci görüşdə son Dünya çempionatının qızıl medalçısı Ukrayna təmsilçisi Jan Beleniuka uduzub. Rəqibin finala çıxması ilə güləşçimiz bürünc medal şansı əldə edib. Əvvəlcə Yunanıstan güləşçisi İlias Boukini təmiz qələbə ilə (5:0) üstələyən Soltan İsmayılov bürünc medala bir addım da yaxınlaşıb. Həlledici görüşdə Rusiya təmsilçisi Aleksey Mışinə məğlub olan güləşçimiz Hərbçilərin 6-cı Dünya İdman Oyunlarını 5-ci sırada tamamlayıb.
Xatırladaq ki, Hərbçilərin 6-cı Dünya İdman Oyunlarında iştirak edən güləşçilərimizin hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var. Yunan-Roma güləşi üzrə mübarizə aparan Rafiq Hüseynov (80 kq) qızıl, sərbəst güləş yarışlarında iştirak edən Coşqun Əzimov (70 kq) gümüş və Ağahüseyn Mustafayev (65 kq) bürünc medal qazanıb.