- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
22-24 apreldə Monqolustanın paytaxtı Ulan-Batorda güləşçilərin Rio-2016-ya vəsiqə verən dünya təsnifat turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu sınaqda hər 3 komandamız mübarizə aparacaq.
Qaydaya əsasən, qadında finalına yüksələn hər bir güləşçi olimpiadaya lisenziyanı təmin edəcək. Sərbəst və yunan-Roma güləşində finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Braziliyaya yollanmaq imkanı qazanacaq.
“Sərbəstlərdə” Mircəlal Həsənzadə (57 kq), “klassiklər”də Həsən Əliyev (66 kq) və Orxan Nuriyev (98 kq), qadınlarda Gözəl Zutova (69 kq) ölkəmizi təmsil edəcəklər.
Turnirin proqramına görə, aprelin 22-də yunan-Roma, 23-də qadın, aprelin 24-də isə sərbəst güləşçilər mübarizə aparacaq. İlk görüşlər Bakı vaxtı ilə səhər saat 4:00-da, final görüşləri isə 13:00-da başlayacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək. Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.