- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Xəbər verdiyimiz kimi, Rio-2016-ya hazırlıq planı üzrə yunan-Roma güləşçilərdən ibarət yığmamız Göygöy Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Allsport.az saytı xəbər verir ki, “klassiklər”imizin budəfəki hazırlığına ABŞ millisinin 9, Mərakeş komandasının 4 üzvü də qoşulublar.
Təlim-məşq toplanışı iyulun 4-dək davam edəcək. Ardınca bahadırlarımızı Almaniyada sınaq yarışı gözləyir. Məlumat üçün bildirək ki, Rio Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar 14-21 avqustda baş tutacaq.