- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
6-8 mayda Türkiyənin İstanbul şəhərində Rio-2016-ya vəsiqə verən 2-ci dünya təsnifat turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda hər 3 növ üzrə milli komandalarımız iştirak edəcək. Finala yüksələn hər bir bahadır olimpiadaya lisenziyanı təmin edəcək.
Yığmamızı yunan-Roma güləşi yarışlarında Rəsul Çunayev (66 kq) və Şalva Qadabadze (98 kq), qadın güləşi yarışlarında Elis Manolova (63 kq) və Gözəl Zutova (75 kq) təmsil edəcək.
Turnirin proqramına əsasən, mayın 6-da yunan-Roma, 7-də isə qadın güləşçilər mübarizə aparacaq. İlk görüşlər Bakı vaxtı ilə saat 11:00-da, final görüşləri isə 19:00-da başlayacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi I-S (olimpiya) dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.
Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio Yay Olimpiya Oyunlarına 13 vəsiqə qazanıblsr. Sərbəst güləşçilərimiz Braziliyaya tam heyətlə yollanacaq – komandamız 6 mümkün lisenziyanın hamısını götürüb. “Klassiklər”imiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdirlər.