Bakı birinciliyində fərqlənən kamandan oxatanlar

Hövsan olimpiya idman kompleksində 2004-2008, 2009 və ondan kiçik təvəllüdlü oğlan və qız kamandan oxatanların Bakı birinciliyi sona yetib. Allsport.az saytı xəbər verir ki, yarışda 30 idmançı çıxış edib.

Yekunda Zahid Kazımzadə, Ömər Abdullayev, Suməyya Bədəlli və Fatimə Hüseynli 1-ci yer tutublar. Fərqlənənlərə Bakı şəhəri gənclər idman baş idarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medalar təqdim olunub.

Həmin kateqoriyadan