- Baxış sayı: 40
- 03 Fevral 2026 17:54
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0
Topaz Premyer Liqasına hazırlığını davam etdirən “Bakı” daha bir yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, “zolaqlılar” bu dəfə birinci divizion təmsilçisi “Neftçala” ilə qarşılaşıb.
Oyun 3:2 hesabıyla “Bakı”nın xeyrinə başa çatıb. Bakılıların qollarını Nurlan Novruzov (5-pen.), Jaba (29) və Mahir Mədətov (71) vurub. Aşağıda divizion klubu isə Janalidze (13) və Məmmədovun (15) qollarına sevinə bilib.
Qeyd edək ki, “Bakı” bu oyuna aşağıdakı start heyətlə çıxıb: Elxan Əhmədov, Eltun Hüseynov, Vuqar Bəybalayev, Elşad Manafov, Əziz Quliyev, Qeyrət Əliyev, Kamil Nurəhmədov, Ramazan Abbasov, Nurlan Novruzov, Nuran Qurbanov, Jaba.