- Baxış sayı: 42
- 18 Dekabr 2024 14:56
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Beynəlxalq avtomobil federasiyası Bakı şəhər halqasındakı DRS zonalarının yerləşməsini təsdiqləyib. Allsport.az saytı xəbər verir ki, öncələr də olduğu kimi, pilotlar bolidin arxa qanadının idarəetmə elementinin vəziyyətini hər dövrədə 2 dəfə dəyişə bilərlər. Amma rəqibdən geri qalma müddəti bir saniyədən çox olmaması şərti ilə.
1-ci DRS zonasından əvvəl bolidlər arasında interval ölçmə nöqtəsi təhlükəsizlik maşınının ikinci xətti ilə üst-üstə düşür. Bu sistemi ikinci döngədən 54 metr sonra – 2019-cu ildəki ilə müqayisədə 2 metr gec istifadə etmək olar.
2-ci DRS zonasının ölçmə nöqtəsi 20-ci döngənin apeksində yerləşir və sistemi 347 metrdən sonra aktivləşdirmək olar.
Formula-1 dünya çempionatının Azərbaycan qran-prisi 4-6 iyunda olacaq.