- Baxış sayı: 162
- 31 İyul 2024 21:34
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Aprelin 9-da “Binə” atçılıq mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə CSI2* kateqoriyalı beynəlxalq turnir başlanıb. Allsport.az xəbər verir ki, turnirdən əvvəl keçirilmiş mətbuat konfransında Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti Mahir Muradov qeyd edib ki, bu yarışlar 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıqdır.
Azərbaycandan 9, Gürcüstandan 2, Türkiyədən və Lüksemburqdan 1 çapar qələbə uğrunda mübarizə aparırlar. Hakimlər kollegiyası heyətinə Azərbaycandan, Rusiyadan, Türkiyədən və İrandan hakimlər daxildirlər.Bu gün turnir çərçivəsində 2 yarış keçirilib. Birinci turnirin qalibi Türkiyədən Ömər Şimşək, ikincinin qalibi Azərbaycandan Rahib İsmayılov olub.
Aprelin 10-11-də isə 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarında iştirak etməyə lisenziya almaq üçün zəruri olan 1500 xaldan 100-ü oynanılacaq. Xatırladaq ki, turnirin mükafat fondu 53000 avrodur.