- Baxış sayı: 58
- 20 Mart 2026 13:31
- Baxış sayı: 96
- Mart 22, 2026
- 0

Aprelin 9-11-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə qəsəbəsində yerləşən “Binə Atçılıq Mərkəzi”nin açıq manejində atçılığın konkur növü üzrə “Bahar Kuboku” adlı CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Allsport.az xəbər verir ki, turnirə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, İran və s. ölkələrin idmançıları dəvət olunub.
Yarışlarda ümumilikdə 25-ə yaxın çapar 50-dək atla mübarizə aparacaq. Turnirə Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 53 min avro təşkil edir.