Bakıda stolüstü tennis üzrə beynəlxalq turnir keçiriləcək

Fevralın 2-də Milli Gimnastika Arenasında “2015 NN TABLE TENNİS CLUB ITTF- EUROPE TOP- 16 CUP “ turnirinin keçirilməsi ilə bağlı Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, mətbuat konfransında Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Səbuhi Mehdizadə və Avropa Stolüstü Tennis Birliyinin nümayəndəsi Roman Pleş iştirak etmişlər.

KİV nümayəndələrinin qatıldığı tədbirdə 6-8 fevral tarixlərində ilk dəfə Bakıda təşkil olunacaq “2015 NN TABLE TENNİS CLUB ITTF- EUROPE TOP- 16 CUP “ yarışları barədə ətraflı məlumat verilmişdir.

Federasiyanın baş katibi Səbuhi Mehdizadə belə bir mötəbər turnirin bu idman növü tarixində ilk dəfə olaraq keçirildiyini, yarışlarda Avropanın ən güclü 16 kişi və 16 qadın idmançısının, o cümlədən iki azərbaycanlı tennisçisinin, Fərhad İsmayılov və Məryəm İmanovanın iştirak edəcəyini diqqətə çatdırmışdır. Turnirin keçirilməsinin əsas məqsədinin stolüstü tennisin təbliğinin kütləviliyinin genişləndirilməsi, gənc nəslin bu maraqlı idman növünə daha çox cəlb edilməsi və Avropa Stolüstü Tennis Birliyi ilə mövcud əlaqələrin daha da genişləndirilməsi olduğu vurğulanmışdır. S. Mehdizadə Solüstü Tennis Federasiyasının ən mühüm strategiyasının bu idman növünün kütləviliyinin artırılmasından ibarət olduğunu qeyd etmişdir. Baş katib yarışların keçiriləcəyi Milli Gimnastika Arenasının belə tədbirin tələblərinə tam cavab verdiyini, onun beynəlxalq standartlara uyğun olduğunu, yerləşdiyi məkanın həm əcnəbi qonaqlar, həm də seyrçilər üçün əlverişli olduğunu söyləmişdir.

Avropa Stolüstü tennis Federasiyasının nümayəndəsi Roman Pleş telekanalların nümayəndələrinə mətbuat konfransına qatıldıqlarına görə həm öz adından, həm də Avropa Stolüstü Tennis Birliyi adından minnətdarlığını bildirmişdir. Sözügedən yarışın tarixi barədə qısa məlumat verən R. Pleş diqqətə çatdırmşdır ki , 1971- ci ildən keçirilən bu turnir TOP- 12 adı daşımış və 44 ildən sonra yarışların TOP -16 adı ilə keçirilməsi qərara alınmış və ilk belə yarışın keçirilməsi Azərbaycanın payına düşmüşdür. Yarışlarda 17 Avropa ölkəsindən 34 idmançı mübarizə aparacaqdır. L. Pleş yarışın Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını, onun bir neçə dəfə ölkəmizə səfər edib Stolüstü Tennis Federasiyasının işi ilə tanış olduğunu, son dövrdə qurumun fəliyyətində baş vermiş əsaslı dəyişiklərin olduğunu xüsusi vurğulamışdır. Diqqətə çatdırılmışdır ki , 4 min tamaşaçının izləyəcəyi turnirə Avropa ölkələrindən 150- yədək qonağın gəlişi gözlənilir. Sonda KİV nümayənəndələrinin sualları cavablandırılmışdır.

Həmin kateqoriyadan