- Baxış sayı: 107
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 61
- Dekabr 05, 2025
- 0

Çingiz Əzimov yeni yaradılan qızlardan ibarət “Bakı” həndbol komandasına baş məşqçi təyin olunub.
Allsport.az xəbər verir ki, hələ keçmiş ittifaq dövründə Əlcəzairdə bu ölkənin kişi və qadın millilərinin baş məşqçisi olmuş təcrübəli mütəxəssis respublikamızda da bir sıra klublarda işləyib.
O, müxtəlif illərdə qadınlardan ibarət “ABU”, “Qarabağ”, “Azəryol” və ”İdman Akademiyası” kimi müxtəlif klubların, o cümlədən milli komandanın baş məşqçisi olub.
Gənc oyunçulardan formalaşan “Bakı”nın heyətindəki həndbolçular 15-20 yaş aralığındadır.