“Bakıdakı oyunda da xarakter göstərib, layiqli nəticə qazanmağa çalışacağıq”

Qadın futbol millimiz Avropa çempionatının seçməsində “B” liqasının 1-ci qrupunda səfərdə Macarıstan yığması ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Siyasət Əsgərovun matçla bağlı bunu deyib:

“Bildirmişdim ki, ilk oyunlar hər zaman çətin olur. Çünki sonuncu rəsmi oyunumuzla bu qarşılaşma arasında çox vaxt keçmişdi. Toplanış keçə bilməmişdik. Rəqib çox güclü kollektiv idi. Macarıstan yığması ötən mövsüm millətlər liqasının “A” divizionunun bir addımlığında idi, pley-off mərhələsinə yüksəlmişdilər. Lakin bu mərhələdə məğlub olaraq “B” liqasına düşdülər. Bir sözlə, həm futbolçularının keyfiyyətinə, həm də komanda oyununa görə üst səviyyəli kollektivdir. 

Komandamızın oyununa gəlincə, hesabda geri düşməyimizə baxmayaraq, futbolçular özlərində güc tapdılar, xarakter göstərdilər və bərabərlik qolunu vurdular. Əzmkarlıq nümayiş etdirərək, sonadək hesabı qoruyub saxlaya bildik. Bakıdakı oyunda da xarakter göstərib, layiqli nəticə qazanmağa çalışacağıq. Komandamı təbrik edirəm”.

Həmin kateqoriyadan