Bakıdakı qolları ilə tarixə düşdü

“Nyukasl”ın futbolçusu Entoni Qordon çempionlar liqasının tarixinə düşüb.

Allsport.az xəbər verir ki, 25 yaşlı hücumçu rekord göstəriciyə Bakıda “Qarabağ”a qarşı keçirilən oyunda (1:6) poker edərək nail olub.
O, matçın 3, 32, 34 və 45+1-ci dəqiqələrində qol vurub.

Qordonun 33 dəqiqəyə vurduğu het-trik turnir ingilis futbolçular arasında ən sürətlisi kimi tarixə düşüb. O, ÇL-də het-trik edən üçüncü “Nyukasl” futbolçusu olmaqla yanaşı, bunu pley-off mərhələsində bacaran ilk oyunçu olub. 

Həmin kateqoriyadan