- Baxış sayı: 36
- 14 Aprel 2026 15:15
- Baxış sayı: 43
- Aprel 14, 2026
- 0

“A” seriyasının “Milan” – “Komo” (1:1) oyunundan sonra baş məşqçilər Massimiliano Alleqri və Sesk Fabreqas arasında qalmaqal yaşanıb.
Allsport.az xəbər verir ki, matçın son dəqiqələrində rəqib texniki heyəti ilə mübahisə etdiyi üçün meydandan qovulan Alleqri oyunsonu tuneldə ispaniyalı həmkarını təhqir edib. İtaliyalı mütəxəssis Fabreqası təcrübəsizlikdə ittiham edərək ona kəskin sözlər ünvanlayıb. Ətrafdakıların müdaxiləsi ilə tərəfləri ayırmaq mümkün olub.
Hadisə ilə bağlı İntizam Komitəsinin araşdırma aparacağı gözlənilir.