- Baxış sayı: 36
- 03 Avqust 2026 23:33
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

“Ayntraxt Frankfurt”un və Danimarka millisinin müdafiəçisi Rasmus Kristensen ağır zədə səbəbindən uzun müddətə sıradan çıxıb.
Allsport.az xəbər verir ki, 28 yaşlı sağ cinah müdafiəçisi Münhenqladbax “Borussiya”sı ilə keçirilən son matçda sol ayaq biləyinin bağlarından ciddi zədə alıb.
Tibbi müayinədən sonra futbolçunun əməliyyat olunması qərara alınıb. Onun cari mövsümün qalan hissəsini buraxacağı ehtimal edilir.
Bu zədə Danimarka yığması üçün də böyük itki hesab olunur. Belə ki, Kristensen dünya çempionatına vəsiqə uğrunda keçiriləcək həlledici pley-off oyunlarında iştirak edə bilməyəcək.