“Baku Open” stolüstü tennis turniri keçirilir

“Baku open” stolüstü tennis turnirinə start verilib.

Allsport.az xəbər verir ki, beynəlxalq stolüstü tennis federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya idman paytaxtı” seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərirlər.

“Şüa idman kompleksi”ndə təşkil olunan turnirdə peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. 4-5 aprel / 11-12 apreldə keçiriləcək yarışın mükafat fondu 3000 manat olacaq.

Sözügedən turnir həmçinin stolüstü tennisin kütləviliyinin və populyarlığının artırılması məqsədi daşıyır.

Həmin kateqoriyadan