- Baxış sayı: 41
- 08 Fevral 2026 13:05
- Baxış sayı: 29
- Fevral 08, 2026
- 0

Balakən Olimpiya İdman Kompleksində əməkdar məşqçi, SSRİ idman ustası İsmayıl Çopsiyevin 70 illik yubileyinə yunan-Roma güləşi üzrə turnir baş tutub. Allsport.az saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 100-dən çox idmançı mübarizə aparıb.
Dünya Güləş Birliyinin qaydaları əsasında təşkil olunan yarışda Elgün Hacıyev (42 kq), Fuad Cəfərov (46 kq), İsmayıl Hüseynov (50 kq), Xasay Həsənli (54 kq), Əli Əlizadə (58 kq), Ruslan Hədisov (63 kq), Eldar Məmmədov (69 kq), Murad Şadrayev (76 kq), Laçın Vəliyev (85 kq) və Elxan Quluzadə (100 kq) 1-ci yer tutunlar. Qaliblər Balakən rayon gənclər və idman idarəsinin diplom və medalları ilə təltif olunublar.